İstanbulda saxta spirtli içkidən 46 nəfər zəhərlənib, ölənlər var

04.12.2024

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbulda son günlərdə saxta spirtli içkidən 46 nəfər zəhərlənib, onlardan 17-si ölüb, 22 nəfər isə xəstəxanaya yerləşdirilib.

APA-nın Türkiyə mətbuatına istinadən xəbərinə görə, onlardan 7-si ambulator müalicə üçün evə buraxılıb.

Baş verənlərdən sonra polis Şişli, Beyoğlu, Kağıthane, Esenyurt, Ümraniye, Üsküdar, Sultangazi və Bakırköy rayonlarında xüsusi əməliyyat keçirərək, saxta alkoqollu içkilərin istehsalı və satışını təşkil edən 19 nəfəri saxlayıb.

Məhkəmə onlardan səkkizi barəsində həbs qərarı verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью