İstanbulda şəhərin küçələrini sel basdı FOTO

15.10.2026

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


İstanbulda dünən axşamdan etibarən fasilələrlə yağan güclü yağış bir sıra fəsadlara səbəb olub.

"Bakupost" lent.az-a istinadən bildirir ki, bir çox rayonda küçələri, yeraltı keçidləri və tunelləri su basıb, avtomobillər yollarda qalıb. Bəzi ərazilərdə torpaq sürüşməsi baş verib, ağaclar aşıb.

Güclü yağış şəhər nəqliyyatında da ciddi problemlər yaradıb. İşdən çıxış saatlarında tıxacın səviyyəsi 89 faizə yüksəlib.

İstanbulda ümumilikdə 1277 su basması hadisəsi qeydə alınıb.

Yağışlarla əlaqədar bu gün İstanbulda məktəblərdə dərslər dayandırılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью