İstanbulda sel: 32 nəfər daşqın zonasından xilas edildi

29.11.2026

Icma.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbulda yağan güclü yağış nəticəsində şəhərin Çatalca rayonunun Karamandərə ərazisindən axan çay məcrasından çıxıb. Daşqın nəticəsində küçələr və əkin sahələri su altında qalıb, dörd avtomobilə ziyan dəyib.

Axar.az xəbər verir ki, Türkiyə mətbuatının məlumatına görə, suyun yüksəlməsi “Qaratəpə Çıkmazı” küçəsində ciddi çətinliklər yaradıb.

Hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunublar.

Son məlumatlara əsasən, daşqın nəticəsində ərazidən 32 nəfərin xilas edilib, hazırda ərazidə köməksiz vəziyyətdə qalan heç bir vətəndaşın olmadığı bildirib.

Valinin sözlərinə görə, sel nəticəsində ölən və ya xəsarət alan olmayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью