İstanbulda sel təhlükəsi barədə xəbərdarlıq edildi

15.10.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

Oktyabrın 16-da səhər saatlarından etibarən İstanbulda yenidən güclü yağışların yağacağı gözlənilir.

Moderator.az İHA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyənin Meteorologiya Baş İdarəsi məlumat yayıb.

Məlumata görə, yağıntıların, xüsusilə şəhərin Avropa hissəsində və şimal rayonlarında güclü olacağı proqnozlaşdırılır.

Oktyabrın 16-da, cümə günü səhər saatlarından başlayaraq yağışların intensivləşəcəyi, şənbə günü isə İstanbulun bütün ərazisində güclü yağacağı gözlənilir.

Vətəndaşlara oktyabrın 14-də yağan güclü yağışların yaratdığı fəsadlar xatırladılıb. Onlara daşqın, su basması, ildırım və torpaq sürüşməsi risklərinə qarşı diqqətli və hazırlıqlı olmaları tövsiyə edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью