Icma.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
İstanbulda sənaye məhəlləsində güclü yanğın başlayıb.
Yeniavaz.com TRT-yə istinadla xəbər verir ki, Başakşehir rayonunda ikimərtəbəli ticarət binasında naməlum səbəbdən yanğın baş verib.
Əraziyə çoxlu sayda yanğınsöndürən, polis və tibb briqadaları göndərilib.
Hazırda yanğının söndürülməsi istiqamətində iş gedir.