İstanbulda silahlı hücum: 3 yaralı

28.01.2025

Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.

İstanbulun Avcılar rayonunda yerləşən bir biznes obyektinə silahlı hücum nəticəsində üç nəfər yaralanıb.

Bakıvaxtı.az "İHA"ya istinadən xəbər verir ki, hadisə müştərilərin obyektin daxilində olduğu vaxt baş verib. Şahidlərin sözlərinə görə, hücumu törədən şübhəlilər avtomobillə əraziyə yaxınlaşıblar.

Atəş səslərini eşidən sakinlər dərhal polisə xəbər veriblər. Hadisə yerinə çoxsaylı polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra onlar xəstəxanaya çatdırılıb. Hücuma məruz qalan obyektin cəmi on gün əvvəl açıldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью