İstanbulda şok: 21 məhəllə karantinə alındı

19.11.2025

Mia.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin döyünən qəlbi sayılan İstanbulda 21 məhəlllə karantinə alınıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı və Meşəçilik Müdirliyi açıqlama yayıb.

Bildirilib ki, dabaq xəstəliyi ilə bağlı İstanbulun Şilə rayonunun Tekke, Yazımanayır, Yaylalı mahalleleri, Darlık, Hasanlı, Ağaçdere, Hacıllı, Çemgilli, Yaka, Değirmençayırı, Osmanköy, Sortullu, Göksu, Karabeyli, Karamandere, İmrendere, Ovacık, Yeniköy, Çayırbaşı, Kabakoz, Akçakese məhəllələri ciddi nəzarət götürülüb: "Bu məhəllələrdə hər hansı bir heyvanın giriş-çıxış və ya kəsimi qadağan olunub. Karantin müddətində əlaqədar qurumlar məhələlərdə müvafiq tədbirləri həyata keçirəcək"

Firudin Səfərli
MİA.AZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью