İstanbulda ŞOK QƏZA: Tramvay relsdən çıxdı

20.08.2026

Icma.az bildirir, Avtosfer portalına istinadən.

Türkiyənin meqapolisi İstanbulda ictimai nəqliyyatın hərəkətində qorxulu anlar yaşanıb. Şəhərin sıxlıq təşkil edən əsas xətlərindən biri olan T1 Kabataş-Bağcılar tramvay xəttində qəza baş verib.

Avtosfer.az xəbər verir ki, məlumata görə, hərəkətdə olan tramvay kompozisiyası Fındıklı dayanacağı yaxınlığında qəfil relsdən çıxıb. Qəza səbəbindən vaqonda olan sərnişinlər arasında qısa müddətli təşviş yaranıb. Hadisənin baş verməsi ilə əraziyə dərhal xilasetmə, yanğınsöndürmə və təcili tibbi yardım briqadaları yönləndirilib.

Təhlükəsizlik tədbirləri çərçivəsində vaqondakı sərnişinlər operativ şəkildə təxliyə olunublar. İlkin məlumatlara əsasən, qəza nəticəsində ölən və ya xəsarət alan yoxdur. Hazırda hadisə yerində texniki qruplar tərəfindən qəzanın fəsadlarının aradan qaldırılması istiqamətində işlər aparılır və hadisənin dəqiq səbəbləri araşdırılır./nocomment.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью