İstanbulda son 76 ilin yağıntı rekordu qeydə alınıb

15.10.2026

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

İstanbulda yağan güclü yağış son 76 ilin yağıntı rekordunun qeydə alınmasına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İstanbul valisi Davud Gül məlumat yayıb.

O bildirib ki, İstanbulun Beykoz rayonunda 1 kvadratmetrə 240 kq, Eyüpsultanda 186 kq, Sarıyerdə 178 kq, Maslakda 163 kq, Şişlidə 130 kq, Böyükçəkməcədə 120 kq, Üsküdarda isə 95 kq yağıntı düşüb.

Məlumata görə, hadisələr nəticəsində 2 722 nəfər xilas edilib, 2 nəfər həlak olub, 3 nəfər isə xəstəxanaya yerləşdirilib.

Güclü yağışla əlaqədar məktəblərdə və bəzi iş yerlərində tətil daha bir gün uzadılıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью