İstanbulda supermarketdə böyük YANĞIN

02.02.2025

Modern.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Türkiyənin İstanbul şəhərinin Esenyurt rayonundakı marketdə başlayan yanğının söndürülməsi üçün yanğınsöndürmə qrupları işə başlayıb.

Modern.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata görə, böyük yanğın supermarketin anbar sahəsində baş verib.

Xəbərdarlığın ardından qeyd olunan ünvana yanğınsöndürənlər, polis və sağlamlıq qrupları göndərilib.

Sürətlə böyüyən yanğını nəzarət altına almaq üçün ətraf rayonlardan gücləndirmə qrupları göndərilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью