İstanbulda təhsil alan tələbələrə şad xəbər

01.09.2025

Icma.az, Bakupost portalına istinadən məlumatı açıqlayır.


Türkiyənin İstanbul şəhərində 30 yaşdan yuxarı tələbələrə ictimai nəqliyyatda gedişhaqqı güzəşti ediləcək.

Bakupost.az xəbər verir ki, bu barədə hakim AK Partiyanın İstanbul üzrə nümayəndəsi Abdullah Özdemir bildirib.

Onun sözlərinə görə, İstanbul bələdiyyəsinin ictimai nəqliyyatda 30 yaşdan yuxarı tələbələr üçün nəzərdə tutulan güzəştli gedişhaqqını ləğvi qərarı hakim partiyanın səyləri nəticəsində aradan qaldırılıb.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью