İstanbulda təyyarələr eniş edə BİLMƏDİ VİDEO

20.02.2025

Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

İstanbulda dünən səhər saatlarında başlayan fasilələrlə yağan qar axşam saatlarında təsirini artırıb.

News24.az xəbər verir ki, yağan qar səbəbindən axşam saatlarında nəqliyyatın sıxlığı  90%-ə çatıb. Qar səbəbindən sürüşkən olan yolda sürücülər çətin anlar yaşayıb. 

Eyni zamanda, artan qar səbəbindən Sabiha Gökçen hava limanında uçuşlarda da fasilələr yaranıb. Uçuş zolaqları və taksi yolları qarla örtüldüyü üçün hava limanına enə bilməyən təyyarələr havada dövrə vurmaq məcburiyyətində qalıblar. Hava limanı və ətraf ərazilərə yağan güclü qar səbəbindən görmə məsafəsi azalıb.

Günel Məlikzadə

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью