Xalq qazeti saytına istinadən Icma.az xəbər verir.
İstanbulda Türk Dövlətləri ilə Əməkdaşlıq Günü və Naxçıvan Sazişinin imzalanmasının 17-ci ildönümü münasibətilə təntənəli tədbir keçirilib.
Türk Dövlətləri Təşkilatı tərəfindən təşkil edilən mərasimdə təşkilata üzv ölkələrin dövlət rəsmiləri, diplomatik korpusun İstanbuldakı nümayəndələri, türk əməkdaşlıq qurumları və QHT-lərin rəhbərləri iştirak ediblər.
Tədbirdə çıxış edən TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və TDT Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım təşkilatın türkdilli xalqların birliyi baxımından əhəmiyyətini vurğulayıb, ortaq keçmişimiz və dövlətlərimizin gələcək ümumi baxışı barədə danışıblar.
Mərasim bədii hissə ilə davam edib.
Tədbir çərçivəsində Türk Dövlətləri Təşkilatının keçdiyi yol və fəaliyyətini özündə əks etdirən fotolardan ibarət sərgi açılıb.
XQ