İstanbulda Türkiyə və Rusiya arasında danışıqlar başladı

25.04.2025

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

İstanbulda Türkiyə və Rusiya arasında Yaxın Şərqdəki vəziyyətlə bağlı məsləhətləşmələr başlayıb.

Axar.az xəbər verir ki, bu barədə “RİA Novosti” türkiyəli diplomatik mənbəyə istinadla məlumat yayıb.

“İstanbulda danışıqlar bağlı qapılar arxasında aparılır”, - mənbə bildirib.

Məlumata görə, görüşdə Türkiyəni xarici işlər nazirinin müavini Nuh Yılmaz, Rusiya tərəfini isə xarici işlər nazirinin müavini Mixail Boqdanov təmsil edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью