İstanbulda üçtərəfli formatlarda Ukraynaya dair görüşlər təşkil edilib

16.05.2025

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ankara, 16 may, AZƏRTAC

Cümə günü, mayın 16-da İstanbulda Türkiyə-ABŞ-Ukrayna və Türkiyə-Rusiya-Ukrayna formatlarında danışıqlar təşkil olunub.

Türkiyə Xarici İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Dolmabahçe sarayının ərazisindəki Türkiyə Prezidentinin ofisində Rusiya-Ukrayna böhranının həlli ilə bağlı müzakirələr aparılır.

Türkiyə-ABŞ-Ukrayna formatında keçirilən görüş yerli vaxtla saat 10:45-də başlayıb, Türkiyə-Rusiya-Ukrayna formatında isə saat 12:30-a planlaşdırılıb.

Danışıqlarda Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov, Rusiya nümayəndə heyətinə isə RF Prezidentinin köməkçisi Vladimir Medinski başçılıq edirlər.

Ukrayna ilə bağlı danışıqlardan əvvəl ABŞ-ın dövlət katibi Marko Rubio bu gün səhər saatlarında İstanbula gəlib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью