İstanbulda UEFA nın nümayəndəliyi açılacaq

16.04.2025

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyənin İstanbul şəhərində UEFA-nın nümayəndəliyi açılacaq.

AZƏRTAC Türkiyə mətbuatına istinadən xəbər verir ki, açılış mərasimi aprelin 24-də keçiriləcək.

Tədbirə qitə futbol qurumuna üzv olan ölkələrin milli assosiasiyalarının rəhbərləri də dəvət olunub.

Nümayəndəlik Türkiyə Futbol Federasiyası (TFF) ilə UEFA arasında koordinasiyanı sürətləndirməyi hədəfləyir. İstanbul London və Brüsseldən sonra UEFA nümayəndəliyinin fəaliyyət göstərdiyi növbəti şəhər olacaq.

Qeyd edək ki, İstanbul 2026-cı ildə UEFA Avropa Liqasının, 2027-ci ildə UEFA Konfrans Liqasının finalına ev sahibliyi edəcək. Bundan başqa, Türkiyə İtaliya ilə birgə 2032-ci il Avropa çempionatını təşkil edəcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью