İstanbulda UEFA nın nümayəndəliyi açılacaq

21.04.2025

Icma.az bildirir, Oxu.az portalına istinadən.

UEFA-nın İstanbuldakı yeni nümayəndəliyi aprelin 24-də ölkə Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılacaq.

Oxu.Az "Anadolu" agentliyinə istinadən xəbər verir ki, Türkiyə Futbol Federasiyasının (TFF) təşəbbüsü ilə fəaliyyətə başlayacaq mərkəz Levent Köşkündə xidmət göstərəcək.

London və Brüsseldən sonra UEFA-nın üçüncü xarici ofisi olacaq bu nümayəndəlik İstanbulu beynəlxalq futbolun mühüm mərkəzlərindən birinə çevirəcək. Qitələrin görüş nöqtəsi olan şəhər beləliklə, UEFA-nın qərar vermə mexanizmlərində daha aktiv rol oynayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью