İstanbulda Vaqif Səmədoğlunun kitabı təqdim edildi

04.11.2024

Icma.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

41-ci İstanbul Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycanın Xalq şairi Vaqif Səmədoğlunun “Ben buradayım, Tanrım” kitabının təqdimatı baş tutub.

Kulis.az xəbər verir ki, kitabda mərhum şairin seçilmiş şeirləri yer alıb.

Fərid Hüseynin moderatorluğu ilə baş tutan tədbirdə şairin həyat yoldaşı Nüşabə Babayeva-Vəkilova və Azər Turan, kitabın naşiri Nurman Tariq və ədəbiyyatşünas Ülvi Babasoy çıxış edərək şair və onun yaradıcılığı haqqında məlumat veriblər.

Tədbirdə Xalq şairinin şeirləri səsləndirilib.

Türkan Şoraya fəxri doktor adı verilib AKİ Rasim Ocaqov adına təqaüdün növbəti namizədini açıqladı Məmməd İsmayılın 85 illik yubileyi qeyd olunacaq
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью