İstanbulda və Ankarada toqquşmalar yaşanır VİDEO

22.03.2025

Icma.az xəbər verir, Azvision saytına əsaslanaraq.

AzVision.az xəbər verir ki, İstanbulun Vəkillər Kollegiyasının üzvləri mərkəzi “Taksim” meydanında yürüş təşkil ediblər. Türkiyənin ən böyük şəhərində etirazlar səngimir. Ankarada polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından istifadə edir.
Türkiyənin Daxili İşlər naziri Əli Yerlikaya “mitinqlərdə təxribat törətmək istəyən” 97 etirazçının saxlanıldığını açıqlayıb.
“Polisimiz türk xalqının əmin-amanlığını və təhlükəsizliyini pozmağa çalışan, vandalizmlə məşğul olanların hərəkətlərinə dözməyəcək”, - nazir vurğulayıb.
İmamoğlu və PKK I 106 nəfər saxlanılıb, hesablara həbs qoyulub Türkiyə Prezidentinin Kommunikasiya İdarəsinin dezinformasiya ilə mübarizə şöbəsinin yaydığı bəyanatda bəzi xarici KİV-lərin gənc etirazçının polis tərəfindən öldürülməsi ilə bağlı iddiaların həqiqətə uyğun olmadığına diqqət çəkilib.


- Bəzi xarici media etirazları manipulyasiya etmək üçün yalan bəyanatlar verir”, - məlumatda bildirilir.
Bu arada türk tələbələrin bazar ertəsindən etibarən dərsləri boykot etmək qərarına gəldiyi barədə açıqlama verilib.
İstanbulun həbsdə olan meri Əkrəm İmamoğluna dəstək məqsədilə İzmir, Kayseri və Şanlıurfada da mitinq və yürüşlər keçirilir. Paytaxtda bir neçə min insan Güvən parkına toplaşıb və burada bələdiyyə sədri Mansur Yavaş onlara müraciət edib.


Sahil İsgəndərov
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью