İstanbulda vəkillərlə polis arasında qarşıdurma oldu SƏBƏB

21.03.2025

Unikal.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul Respublika Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu İstanbul Vəkillər Kollegiyasının sədri İbrahim Kaboğlu və idarə heyəti üzvlərinin işdən çıxarılması üçün istintaqa başlayıb.

"Unikal" xəbər verir ki, bu  barədə Türkiyə mətbuatı məlumat dərc edib. 

İstanbul məhkəməsi Kaboğlu administrasiyasının vəzifədən azad edilməsi tələbi ilə açılan iddianın qəbuluna və Vəkillər Kollegiyasına yeni seçkilərin keçirilməsinə qərar verib.

Bu qərardan sonra vəkillər kütləvi şəkildə qərara etiraz etməyə başlayıblar.

Vəkillər Çağlayan Ədliyyəsindən Beyoğludakı İstanbul Vəkillər Kollegiyasına gedərkən “Küçələrə çıxın, azad olun” şüarı səsləndiriblər. Yürüş zamanı qanunsuz aksiyaya müdaxilə etməyə çalışan polis İstanbul Vəkillər Kollegiyasının vəkillərinin hücumuna məruz qalıb.

Gülayə Mecid 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью