İstanbulda yeni metro xətti açılacaq 11 stansiyası var

21.11.2026

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbulda Ümraniyə–Ataşehir–Göztepe metro xətti dekabrın 19-da istifadəyə veriləcək. Yeni xəttlə Ümraniyədən Göztepeyə səfər cəmi 21 dəqiqə çəkəcək.
Bizim.Media haberler.com-a istinadən xəbər verir ki, bu barədə İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədr müavini Nuri Aslan məlumat verib.
Onun sözlərinə görə, 13 kilometr uzunluğunda və 11 stansiyadan ibarət M12 xəttində qatarlar hazırdır, siqnalizasiya sınaqları isə yekunlaşmaq üzrədir.
Aslan həmçinin bildirib ki, 2028-ci ilin sonunadək İETT parkına 1500 avtobus, 290 metrobüs və 210 tam elektrikli avtobus olmaqla, ümumilikdə 2000 yeni nəqliyyat vasitəsi əlavə ediləcək.
Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью