İstanbulda zavodda kimyəvi maddə sızıntısı: AFAD hərəkətə keçdi VİDEO

25.07.2026

Icma.az, Moderator.az saytına istinadən bildirir.

İstanbulda yerləşən zavodların birində kimyəvi maddələrin sızması qeydə alınıb.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Bildirilib ki, hadisə Kemerburgaz küçəsində fəaliyyət göstərən müəssisədə baş verib. Çəndə gedən kimyəvi reaksiya nəticəsində ətrafa kəskin qoxulu və qatı tüstü yayılmağa başlayıb. Zavodun işçiləri dərhal ərazidən təxliyə olunublar.

Hadisə yerinə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) əməkdaşları, yanğından mühafizə və təcili tibbi yardım xidmətlərinin əməkdaşları cəlb olunublar. Xüsusi geyim və maskalarda binaya daxil olan mütəxəssislər sızmanın qarşısını uğurla alıblar.

Hadisədə ölən və xəsarət alan olmayıb.

(oxu.az)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью