İstanbuldakı zəlzələdən sonra yoxlanılan binaların sayı açıqlanıb KONKRET

26.04.2025

Konkret.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Aprelin 23-də İstanbulda baş vermiş zəlzələdən sonra şəhərin 39 rayonuna dəyən ziyanın müəyyənləşdirilməsi istiqamətində indiyədək 8 367 bina yoxlanılıb.

KONKRET.az report-a istinadən xəbər verir ki, bununla bağlı Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum “X” də yazıb.

Nazir bildirib ki, bu binalardan 7 113-də dağıntl və ya xəsarət olmayıb. 437 bina isə qismən zədələlənib.

Bildirilib ki, yoxlamalar başa çatandan sonra zəruri tədbirlər görüləcək.

Nazir ən çox İstanbulun Bahçelievler, Bağcılar, Esenler, Avcılar və Küçükçekmece rayonlarından müraciətin daxil olduğunu deyib.

Qeyd edək ki, şəhərdə afterşokların davam etməsi səbəbindən əhalinin müəyyən hissəsi hələ də evlərinə daxil olmağa çəkinir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью