Icma.az bildirir, Lent az portalına istinadən.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə qaçaqmalçılıq və vətəndaşlara qarşı küllü miqdarda dələduzluq etməkdə təqsirləndirilən Elman Atakişiyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Lent.az xəbər verir ki, dövlət ittihamçısı çıxış edərək, Elman Atakişiyevin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Qısa müşavirədən sonra məhkəmə tərkibi E. Atakişiyevin 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm oxuyub.
Xatırladaq ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək), 178.2.4 (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) və 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxslə qaçaqmalçılıq) maddələri ilə ittiham irəli sürülüb.
İttihama görə, Elman Atakişiyev İnqilab Babayev. Tural Səmədzadə və adları istintaqla müəyyən edilməyən şəxslərlə cinayət əlaqəsinə girib, İstanbuldan 782349 zərgərlik məmulatları qaçaqmalçılıq yolu ilə gətiriblər.
İstintaq müəyyən edib ki, təqsirləndirilən Elman Atakişiyev üç nəfərə qarşı dələduzluq edib.