İstanbuldan Moskvaya uçan təyyarədə tüstülənmə...

25.02.2025

Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstanbuldan Moskvaya uçan Rusiya aviaşirkətinə məxsus "Boeing 737" təyyarəsində gərgin anlar yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə xəbəri Aviatorşina Teleqram Kanalı yayıb.

Göyərtəsində 146 sərnişin olan təyyarə uçuş xəttinə doğru yön alanda salonda tüstülənmə baş verib.

Qapılar bağlanandan və mühərrik işə düşəndən dərhal sonra ekipaj kənar qoxu hiss edib.

Bundan sonra geri qayıtmağa qərar verilib. Reys təxirə salınıb, hava gəmisi isə hazırda texniki baxışdan keçirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью