İstanbuldan tarixi nəticə Avropada birinci oldu

13.08.2026

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İstanbul Hava Limanı sərnişin axınına görə Avropanın ən işlək hava limanına çevrilib.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, iyul ayında İstanbul Hava Limanından 8,15 milyon sərnişin istifadə edib.

Londonun Hitrou Hava Limanında isə bu göstərici 7,9 milyon olub. Beləliklə, İstanbul Hava Limanı sərnişin sayına görə Hitrounu geridə qoyub.

Məlumata görə, iyul ayında Hitrou hava limanında sərnişin axını azalıb. Eyni zamanda Böyük Britaniyanın Stansted və Mançester hava limanları həmin ay sərnişin sayına görə rekord göstəriciyə nail olub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью