Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.
Böyük Britaniyanın məşhur "Victoria and Albert Museum" muzeyi İstanbulun 1600 illik zəngin incəsənət və dizayn irsinə həsr olunmuş genişmiqyaslı sərgi təşkil edəcək.
Kulis.az xəbər verir ki, ekspozisiya noyabrın 7-də açılacaq.
330–1922-ci illəri əhatə edən sərgidə 200-dən çox nadir sənət nümunəsi – dekorativ sənət əsərləri, tekstil, mozaika, miniatürlər, həmçinin Osman Hamdi Bəyin 1887-ci ilə aid "Ladies Taking a Walk" tablosu və X əsrə aid Bizans "Veroli" mücrüsü nümayiş olunacaq.
Qeyd edək ki, İstanbulun Roma, Bizans və Osmanlı imperatorluqları dövründəki mədəni transformasiyasını işıqlandıran sərgi 2027-ci il mayın 9-dək davam edəcək.