İstanbulun Baş prokuroru Azərbaycanda səfərdə olub | Icma.az
Report.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Baş prokuror Kamran Əliyevin dəvəti ilə İstanbul şəhərinin Baş prokuroru Akın Gürlekin rəhbərlik etdiyi nümayəndə heyəti 30-31 yanvar tarixlərində Bakıda işgüzar səfərdə olub.
İlk öncə nümayəndə heyəti Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət edib.
Şəhidlər xiyabanında olan qonaqlar Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsinə ehtiramlarını bildirərək, məzarları üzərinə gül dəstələri qoyublar.
O cümlədən Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk Şəhidliyi” abidəsi ziyarət edilib.
Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.
Görüş zamanı Kamran Əliyev dövlətlərimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafının dövlət başçıları cənab İlham Əliyev və cənab Rəcəb Tayyib Ərdoğanın birgə ciddi səyləri və sarsılmaz siyasi iradələri sayəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini qeyd edərək, ikitərəfli münasibətlərin bir çox istiqamətlərdə, xüsusilə də prokurorluqlar arasında uğurla inkişaf etdiyini bildirməklə, cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım və ekstradisiya sahəsində səmərəli əməkdaşlıqdan bəhs edib.
Baş prokuror Müzəffər Ali Baş Komandanın və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə Qarabağ və Şərqi Zəngəzurda sürətli bərpa və quruculuq işlərinin aparıldığını, türk şirkətlərin bu işdə yaxından iştirak etdiyini vurğulayıb.
Tam oxu
Xəbəri oxu