İstanbulun küçələrinə xüsusi təyinatlılar yeridildi: Nə baş verir?

15.05.2025

Icma.az xəbər verir, Turkstan.az saytına əsaslanaraq.

Rusiya-Ukrayna danışıqlarının təhlükəsizliyini təmin etmək üçün İstanbula xüsusi polis qüvvələri yerləşdirilib.

Turkustan.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Bildirilir ki, küçələrdə xüsusi təyinatlıların döyüşçüləri patrulluq edir. Türkiyə prezidentinin ofisi yaxınlığında tam formada və əllərində silah olan döyüşçülər növbətçilik edirlər.

Xatırladaq ki, bu gün Türkiyə prezidentinin İstanbulda yerləşən ofisində Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqlar aparılmalıdır./publika.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью