İstanbulun mərkəzində restoran yanır

06.02.2025

Report.az saytına istinadən Icma.az xəbər verir.

İstanbulun mərkəzində restoran yanır, hadisə yerində çox sayda yanğınsöndürmə briqadaları işləyir.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, restoran tarixi Misir bazarının yaxınlığında, Eminönü ərazisində yerləşir.

Obyekt beşmərtəbəli binanın birinci mərtəbəsində yerləşir, alov yuxarı mərtəbələrə və qonşu binalara yayılıb.

Hələlik binanın içərisində insanların qalıb-qalmadığı məlum deyil. Həmçinin ölən və xəsarət alanlar barədə məlumat yoxdur.

Hadisə yerində təcili tibbi yardım briqadaları da işləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью