İstanbulun mərkəzində tanınmış vəkil öldürüldü

06.10.2025

Icma.az, Modern.az portalına istinadən məlumat verir.

İstanbulun mərkəzində tanınmış vəkil Serdar Öktəmə hücum edilib, beş şübhəli saxlanılıb.

Modern.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı polisə istinadən məlumat yayıb.

Zərərçəkən xəstəxanaya çatdırılsa da, onun həyatını xilas edə bilməyiblər.

“Hadisə ilə bağlı şübhəli bilinən 5 nəfər təhlükəsizlik orqanlarımız tərəfindən saxlanılıb”, - məlumatda deyilir.

“A Haber” telekanalının məlumatına görə, vəkil yerli mütəşəkkil cinayətkar qruplardan hədələr alıb. İstanbul valisi Davud Gül onun üçün təhlükəsizlik əmri versə də, Öktemi hücumdan qoruya bilməyib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью