Axsham.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Əməkdar artist Əkbər Əlizadə sənət aləmində istedadlı insanların diqqətdən kənarda qalmasından danışıb.
Axşam.az xəbər verir ki, aktyor bu barədə “Sevilən səhər” proqramında söz açıb. O bildirib ki, bəzən maddiyyat sevgi, sənət və insanlıqdan üstün tutulur:
“İstedadlı insanlar çoxdur, amma qapı arxasında qalıblar. Maddiyyat sevgini, sənəti, insanlığı üstələyir. Amma Azərbaycan istedadları tükənməzdir. Kiminsə istedadı aşıb-daşırsa, mütləq bir yerdən vurub çıxacaq".