İstədikləri mahnı çalınmadığı üçün restoranı gülləbaran etdirdilər

28.11.2024

Sonxeber.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İstədikləri mahnı çalınmadığı üçün restoranı gülləbaran etdirdilər

İstanbulda Fatih Kumkapıdakı bir restoranda istədikləri mahnının səsləndirilmədiyi üçün dava salan 3 nəfər restorandan çıxarılıb.

Sonxeber.az türk mediasına istinadən xəbər verir ki, şübhəlilər restorandan qovulduqlarına əsəbiləşdikləri üçün pulla qatil tutublar və restorana güllə yağdırdıblar.

Gecə məkanın bağlandığı saatda restorana motosikletlə hücum olunub. Restoran gülləbaran edilib.

Hücumda 23 yaşlı ofisiant Rəcəb Denizhan ağır yaralanıb. Xəstəxanaya çatdırılan Denizhan bütün müdaxilələrə baxmayaraq xilas ola bilməyib.

Polis şübhəlilərin tutulması üçün əməliyyat başladıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью