Milli.az portalından alınan məlumata görə, Icma.az xəbər verir. Tərtərdə qız qaçırma hadisəsinə görə 2 nəfərə ağır cəza verilib.
Qız qisas məqsədi ilə qaçırdıldığını, oğurlandığını deyib. Milli.Az xəbər verir ki, hadisə Tərtərin kəndlərindən birində baş verib.
Qaçırılan zaman 20 yaşı olan Sevda (ad şərtidir) kursdan gəlirmiş. Onu avtobusdan düşəndə həmkəndlisi olan iki nəfər zorla maşına mindirib.
Məlumata görə, onun əllərindən və ayaqlarından tutaraq zorla maşına mindiriblər və bu zaman qız bədən xəsarətləri də alıb.
Bunu görən qonşulardan biri hadisəyə müdaxilə etmək istəyib. Əlində olan küt alətlə maşına zərbə də vurub. Maşının ön şüşəsi sınıb.
Amma həmin şəxslər əməllərini sonlandırmaq üçün yollarına davam ediblər.
Qızı evlənmək niyyəti ilə qaçırdığını deyən 38 yaşlı Rəşada (ad şərtdiri) öz qohumu kömək edib.
Onlar qızı Rəşadın qardaşının evinə aparıblar. Amma yolda maşını dəyişiblər.