Icma.az, Qol.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Niderland millisinin baş məşqçisi Ronald Kuman vəzifəsindən ayrılmağa hazırlaşır.
QOL.az xəbər verir ki, “The Touchline” nəşrinin yaydığı məlumata görə, bu qərar DÇ-2026-nın 1/16 finalında Mərakeşə məğlubiyyətdən sonra verilib. Yaxın vaxtlarda istefanın rəsmən açıqlanacağı gözlənilir.
Niderland yığması əsas vaxtı 1:1 hesabı ilə başa çatan görüşdə penaltilər seriyasında Mərakeşə 2:3 hesabı ilə uduzaraq turnirlə vidalaşıb. Kuman matçdan sonra taktiki qərarlarına yönələn tənqidlərin onu narahat etmədiyini bildirib.
Qeyd edək ki, Ronald Kuman 2023-cü ildə ikinci dəfə Niderland millisinin baş məşqçisi təyin olunub. O, daha əvvəl “Ayaks”, “Benfika” və “Barselona” klublarında da çalışıb.