Icma.az bildirir, Footbal-plus portalına istinadən. Yığmamızın darmadağın olduğu oyundan sonra AFFA-nın baş katibi Cahangir Fərəcullayev med
Qəzəbli görünən baş katib sözə belə başladı:- İslandiyaya hörmətlə yanaşırıq.
Amma İslandiya komandasına qarşı oynaya bilmiriksə, oyunun əvvəlindən müdafiədə qalırıqsa, altı-yeddi nəfərlə müdafiə olunuruqsa, bu öz problemimizdi, uşaqların - futbolçuların problemi deyil.
Bizim səhvimizdi. Sistemi səhv qurduq. Baş məşqçi ev tapşırığını yerinə yetirməmişdi.
Azərbaycan futboluna, xalqına yanaşma baş məşqçi tərəfindən qəbuledilməzdi.
Gözləyirik ki, cənab Santuş nə deyəcək.- Yəni siz istefa gözləyirsiz?- Mən gözləyirəm ki, bu adam üzərinə götürdüyü məsuliyyəti düzgün anlasın.- Santuş Portuqaliya millisindən sonra işlədiyi hər yerdən qovulub, öz xoşuna istefa verməyib.
Qarşılığında da böyük təzminat alıb. İstefa verməsə, özünüz göndərəcəksiz?- İstefa verməsə, lazımi tədbirlər olacaq.
Məşqçidən düzgün addımı gözləyirik.MAHİR, Reykyavik Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.