İstefadan imtina edib, sona qədər mübarizə aparacağını dedi | Icma.az
Qafqazinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Cənubi Koreya Prezidenti Yun Sok Yol sona qədər mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.
“Qafqazinfo” “Yonhap” agentliyinə istinadən xəbər verir ki, o bu haqda barəsində dövlətə xəyanət və qiyam ittihamı ilə bağlı aparılan araşdırmaya dair danışarkən deyib.
Sol vətəndaşlara müraciətində könüllü olaraq istefa verməkdən imtina etdiyini bildirib.
Onun sözlərinə görə, ötən həftə hərbi vəziyyəti xalqın qorunması və dövlət işlərinin normallaşdırılması üçün tətbiq edib.
Prezidentin fikrincə, hərbi vəziyyətin tətbiq edilməsi barədə qərarı qiyam hesab etmək olmaz, çünki o, bununla ölkəni müdafiə etməyə çalışıb.
Qeyd edək ki, Cənubi Koreya müxalifəti dekabrın 14-də prezidentin impiçmenti ilə bağlı yeni təklifi səsverməyə qoymaq istəyir.
Onu da xatırladaq ki, Cənubi Koreya prezidenti dekabrın 3-də ölkədə hərbi vəziyyət elan edib.
Tam oxu
Xəbəri oxu