Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq. Draqan Stoykoviç artıq Serbiya yığmasının baş məşqçisi deyil."Football-plus.az" xəbər ve
Serbiya Futbol Federasiyasının (SFF) rəhbərliyi istefa ərizəsini qəbul edib.
SFF-nin məlumatında 60 yaşlı mütəxəssis ilə müqaviləyə xitam verilməsinə səbəb kimi DÇ-2026-nın seçmə mərhələsindəki qeyri-qənaətbəxş nəticələr göstərilib.Stoykoviç yığmanı 2021-ci ildən çalışdırırdı.
Komanda onun rəhbərliyi altında keçirdiyi 55 oyunda 26 qələbə qazanıb, 14 dəfə heç-heçə edib və 15 dəfə məğlub olub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.