Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Güclü Ermənistan” fraksiyasının rəhbəri Narek Karapetyan Ermənistanın baş naziri Nikol Paşinyanın yeni Konstitusiya layihəsi ilə bağlı bəyanatına münasibət bildirib.
Sherg.az xəbər verir ki, Karapetyan sosial şəbəkədə Paşinyanın müxalifətin Konstitusiya layihəsi üzrə referendumun keçirilməsinə səs verəcəyinə əminliyini ifadə etməsinə diqqət çəkib.
O, baş nazirə sual ünvanlayıb: “Əgər müxalifət yeni Konstitusiyaya səs verməsə, Paşinyan istefaya getməyə hazırdırmı?”
Qeyd edək ki, Paşinyan parlament müxalifətinin Konstitusiya referendumunun keçirilməsinə səs verəcəyinə əmin olduğunu bildirib və müxalifəti Azərbaycanla sülh yolunda “son maneə” adlandırıb.
Ermənistanın yeni Konstitusiya layihəsi noyabrın 23-də dərc olunub. Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistan Konstitusiyasının dəyişdirilməsini şərt kimi irəli sürür.