İstehlak bazarındakı sahibkarlarla görüş keçirilib

01.12.2025

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət Agentliyindən AzVision.az -a bildirilib ki, “Sahibkarlıq subyektləri ilə istehlakçı hüquqlarının müdafiəsi” mövzusunda keçirilən tədbirdə Bakı şəhərinin Nərimanov rayonu ərazisində ticarət, ictimai iaşə, məişət və digər növ xidmət sahələri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektləri iştirak ediblər.
Görüş zamanı agentliyin İstehlak bazarına nəzarət şöbəsinin müdiri Yusif Tapdıqlı və İstehlakçı hüquqlarının müdafiəsi şöbəsinin müdiri Elşən Cəfərov təqdimatla çıxış ediblər.
Sahibkarlara agentliyin fəaliyyət istiqamətləri, eləcə də istehlakçı hüquqlarının müdafiəsinə dair mövcud qanunvericiliyin tələbləri və normativ çərçivələri barədə məlumat verilib, bu istiqamətdə təsərrüfat subyektlərinin üzərinə düşən vəzifələr izah edilib və pozuntuların baş verdiyi hallarda qanunvericilikdə nəzərdə tutulmuş məsuliyyət tədbirləri diqqətə çatdırılıb. Həmçinin agentliyə daxil olan müraciətlərin araşdırılması mexanizmləri barədə ətraflı məlumat verilib, həyata keçirilən istehlak bazarına nəzarət tədbirləri və agentliyin maarifləndirmə fəaliyyətinin istehlakçı hüquqlarının müdafiəsində rolu xüsusi vurğulanıb.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью