İstehlak kreditlərinə tələb artıb

26.11.2026

Icma.az, Marja.az saytına istinadən bildirir.

Mərkəzi Bank "Kreditləşmə fəaliyyəti və maliyyələşmə mənbələrinə dair sorğunun nəticələri - III rüb 2026" hesabatını dərc edib.

Marja.az hesabata istinadən xəbər verir ki, sorğu nəticələrinə əsasən cari ilin III rübündə ümumi istehlak kreditləri üzrə standartlarda cüzi sərtləşmə müşahidə olunmuşdur. Bankların sorğudakı cavablarına əsasən əvvəlki rüblə müqayisədə ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmamışdır. Respondentlər növbəti rübdə də ümumi istehlak kreditləri, o cümlədən ipoteka kreditləri üzrə standartlarda dəyişiklik olmayacağını proqnozlaşdırırlar.

Banklardan əldə edilmiş məlumatlara əsasən, 2026-cı ilin III rübündə ümumi istehlak kreditlərinə, o cümlədən ipoteka kreditlərinə tələb artmışdır. Banklar növbəti rübdə ümumi istehlak və ipoteka kreditləri üzrə tələbin dəyişməyəcəyini proqnozlaşdırırlar.

Sorğunun cari ilin III rüb üzrə nəticələrinə əsasən, bankların 78%-i əhalinin borclanma səviyyəsində dəyişiklik olmadığını, 22%-i isə orta dərəcədə artım olduğunu bildirib. Nəticədə 2026-cı ilin III rübü üzrə bankların sayına əsasən hesablanan diffuziya indeksi 17% təşkil edib. Bu isə əhalinin borclanma səviyyəsində artım tempinin davam etdiyini göstərir.

Biznes kreditləri

2026-cı ilin III rübü üzrə sorğu nəticələrinə əsasən ümumi biznes portfeli üzrə standartlarda nəzərəçarpan dəyişiklik müşahidə olunmamışdır. İri sahibkarlıq subyektlərində standartlarda nisbətən yumşalma, KOS seqmentində isə cüzi sərtləşmə qeydə alınmışdır. Respondentlər növbəti rüb üçün ümumilikdə standartlarda ciddi dəyişiklik olmayacağını, mikro sahibkarlıq subyektləri üzrə kredit standartlarında isə nisbətən yumşalma olacağını proqnozlaşdırırlar.

Banklar arasında keçirilən sorğu nəticələrinə əsasən cari ilin III rübündə biznes portfelinin bütün seqmentləri üzrə kreditə tələb artmışdır. Tələbdəki artım əsasən mikro və KOS seqmentləri üzrə müşahidə edilmişdir. Banklar növbəti rübdə biznes portfelinin hər üç seqmenti (iri, KOS, mikro) üzrə tələbdə artımın davam edəcəyini proqnozlaşdırırlar.

Hər gün yeni vakansiyalar - AzVak.az-da

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью