Icma.az, Xalqcebhesi portalına istinadən məlumatı açıqlayır.
“Azərbaycanda olan problemli kreditlərin həcminə baxmaq üçün hesab edirəm ki, ilk növbədə biz kredit portfelinin həcmi, problemli kreditin həcmi və onlar arasında olan mütənasibliyə nəzərən prosesin qorxulu, yoxsa qorxusuz olmasını deyə bilərik.
Təsəvvür edin ki, 2020-ci ilin yanvarında problemli kreditlərin həcmi 1,5 milyard manata yaxın idi.
Amma sonrakı dönəmlərdə davamlı işlərin aparılmasının nəticəsində problemli kreditlərin həcmi azaldı.
2023-cü ilin sonunda ölkədə 24 milyard manata yaxın kredit portfelimiz olub, lakin həmin vaxt problemli kreditlərin həcmi 437 milyon manat olub.
Yəni bu, ümumi kredit portfelinin cəmi 1,8 faizini təşkil edirdi. Halbuki, 2020-ci ildə həddindən artıq böyük bir nisbət var idi.
Yəni, kiçik bir həcmə rəğmən 1,5 milyardlıq problemli kredit vardı. 3 dəfədən də çox azalma baş vermişdi”.
Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov söyləyib.