“İstehlakçı məhsulun görünüşü yaxşıdırsa, onun təhlükəsiz olduğunu düşünməməlidir“ EKSPERT DANIŞDI

09.10.2026

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bir istehlakçı olaraq broyler toyuğu alarkən ilk növbədə məhsulun qablaşdırmasına, etiketinə və saxlanma şəraitinə diqqət etmək lazımdır”.

Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev bildirib.

Onun sözlərinə görə , qablaşdırma bütöv olmalı, cırıq, deşik və sızma kimi hallar müşahidə edilməməlidir:

”İstehsal və son istifadə tarixləri, saxlanma temperaturu və şəraiti, həmçinin istehsalçı barədə məlumatlar yoxlanılmalıdır. Əgər məhsulun üzərində göstərilən saxlanma şəraiti ilə marketdəki real şərait uyğun gəlmirsə, həmin məhsulu almaq məsləhət görülmür.

Toyuq əti yüksək risk qrupuna aid olan və tez xarab olan məhsullardandır. Buna görə də məhsulun soyuq qida zəncirinin qorunmasına diqqət edilməlidir. Toyuğun yalnız rənginə baxaraq onun təhlükəsizliyi barədə qəti nəticə çıxarmaq olmaz. Rəngin müəyyən dərəcədə dəyişməsi normal hal ola bilər. Lakin xoşagəlməz qoxu, selikli və ya yapışqan səth, qablaşdırmanın zədələnməsi, eləcə də qeyri-adi şişkinlik kimi əlamətlər varsa, həmin məhsulu almaqdan çəkinmək lazımdır.

İstehlakçı məhsulun görünüşü yaxşıdırsa, onun təhlükəsiz olduğunu düşünməməlidir. Çiy toyuqda xəstəlik törədə bilən mikroorqanizmlər məhsulun görünüşünü dəyişdirmədən də mövcud ola bilər. Bundan əlavə, hazırlanma və saxlanma zamanı çarpaz çirklənmənin qarşısının alınmasına xüsusi diqqət yetirilməlidir”.

Müəllif: Günay Hacıyeva

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Siyasət

Türkmənbaşı şəhərində MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir

Siyasət

Prezident İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib - YENİLƏNİB - FOTOLAR

Siyasət

"Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri qarşılıqlı maraqlar və siyasi etimad üzərində qurulur" - DEPUTAT DANIŞDI

Siyasət

“Azərbaycan Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əməkdaşlıq körpüsü rolunu daha da gücləndirir” - DEPUTAT

Siyasət

“Gənclərlə ünsiyyət və onların fikirlərinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır“ -AYNUR SOFİYEVA

Siyasət

MDB ötən illər ərzində siyasi dialoqun təmin edilməsi üçün ehtiyac duyulan platforma kimi özünü təsdiqləyib - Prezident

Siyasət

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əlaqələri dostluğa, qardaşlığa əsaslanır - TƏHLİL

Siyasət

Azərbaycan regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini möhkəmləndirir - İlham Əliyev

Siyasət

Prezident: Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır

Siyasət

Azərbaycan XİN Uqandanı Milli Günü münasibətilə təbrik edib

Siyasət

“Dini maarifləndirmə gənclərin sağlam dünyagörüşünün formalaşmasına xidmət edir“ -RAMİN MƏMMƏDOV

Siyasət

“Gənclərin ideoloji təsirlərdən qorunmasında maarifləndirmə mühüm rol oynayır“ -RAMİN MƏMMƏDOV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью