Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 4 sentyabr, AZƏRTAC Peşə təhsil müəssisələrinə müəllimlərin işə qəbul müsabiqəsi çərçivəsində istehsalat təlimi ustalarının müsahibə və bacarıqlarının qiymətləndirilməsi mərhələsi hazırda davam edir.
Bu barədə AZƏRTAC-a Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.Qiymətləndirmə prosesi Bakı, Bərdə, Qəbələ və Cəlilabad şəhərlərində yerləşən müvafiq peşə təhsili mərkəzlərində təşkil olunub.
Namizədlərin praktiki bacarıqları və tədrisə hazırlıq səviyyəsi bu mərhələdə hərtərəfli qiymətləndirilir.
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.