“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilib

24.10.2025

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 24 oktyabr, AZƏRTAC

“İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunda dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin oktyabrın 24-də keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

Layihəyə əsasən, sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.

Qanun layihəsi sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsi sahəsində normativ-hüquqi bazanın yenilənməsi zərurəti ilə əlaqədar hazırlanıb. Bu çərçivədə adıçəkilən qanunun 19.2-ci maddəsinin dəqiqləşdirilməsini nəzərdə tutur. Belə ki, qanun layihəsi qəbul edildikdən sonra sığorta hadisəsi nəticəsində zərər çəkmiş sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müəyyənləşdirilməsinin yeni qaydaları qüvvəyə minəcək.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью