İstehsalatda faciəvi statistika: yüzlərlə xəsarət, onlarla ölüm

22.01.2026

Milli.az saytından alınan məlumata görə, Icma.az bildirir.

2025-ci il üzrə bədbəxt hadisələrin ən çox qeydə alındığı sahələr məlum olub.

Milli.Az xəbər verir ki, bunu "Dövlət Əmək Müfəttişliyi Xidmətinin 2025-ci il üzrə gördüyü işlər və 2026-cı il üçün hədəfləri" mövzusunda mətbuat konfransında Xidmətin rəisi Vəli Quliyev deyib.

Onun sözlərinə görə, 2025-ci il üzrə bədbəxt hadisələrin ən çox qeydə alındığı iqtisadi sahələr tikinti və emal sənayesidir.

Bildirib ki, xidmət tərəfindən istehsalatla əlaqəli sayılmış 610 bədbəxt hadisənin təhqiqatı aparılıb. 36-sı qrup halındaolan bu hadisələr nəticəsində 75 nəfərvəfat edib, 605 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb:

"İstehsalatda baş vermiş bədbəxt hadisələrin təhqiqatı nəticəsində 588 nəfər zərərçəkmiş şəxsə istehsalat zədəsi formalı aktın verilməsi təmin olunub".

Mina Mikayılova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью