“İstəmədi, təbrik etmədi” Video

29.07.2026

Qafqazinfo saytına istinadən Icma.az xəbər verir.

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinin son telefon danışığı zamanı onu seçkilərdəki qələbə münasibətilə təbrik etmədiyini bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan lideri jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İstəmədi, təbrik etmədi”, – deyə o, suala lakonik şəkildə cavab verib.

Bununla belə, Paşinyan əlavə edib ki, tərəflər yaxın gələcəkdə üzbəüz görüşün keçirilməsi barədə razılığa gəliblər.

Qeyd edək ki, liderlər arasında son telefon danışığı iyulun 27-də baş tutub. Söhbət zamanı ikitərəfli iqtisadi münasibətlər, habelə Ermənistanın inteqrasiya kursu məsələləri müzakirə olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью