Publika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Müğənni Türkan Vəlizadə illər öncə paltar alıb pulunu ödəmədiyi şəxsi axtarır.
Publika.az xəbər verir ki, "Rəngarəng"də danışan müğənni bildirib ki, paltar təxminən 20-30 manat olar:
"Bu yaxınlarda həmin əraziyə getdim. O pulu artıqlaması ilə qaytarmaq istədim. Heyif tapa bilmədim. Efir vasitəsilə səslənirəm. Mən istəmirəm o yük çiynimdə qalsın".
O, mağazanın dəqiq ünvanı bildirib. Hazırda isə həmin ərazidə mağazanın söküldüyü üçün onun yiyəsini tapa bilməyib. (shownews)