Axar.az saytına istinadən Icma.az xəbər verir.
İran ona qarşı hər hansı bir hücumu tammiqyaslı müharibə kimi qiymətləndirəcək və mümkün olan ən sərt şəkildə cavab verəcək.
Axar.az xəbər verir ki, bu barədə İran mediası adı açıqlanmayan rəsmi şəxsə istinadla məlumat yayıb.
“Bu dəfə istənilən hücumu - məhdud, “cərrahi”, kinetik - nə adlandırılırsa adlandırılsın - bizə qarşı tammiqyaslı müharibə kimi qiymətləndirəcəyik və mümkün olan ən güclü şəkildə cavab verəcəyik”, - o bildirib.
Onun sözlərinə görə, Tehran hazırda 12 günlük müharibə dövründəkindən daha yaxşı vəziyyətdədir.