İstənilən senariyə hazırıq, ermənilərin yeganə çıxış yolu... Açıqlama | Icma.az
Icma.az bildirir, Olke.az portalına istinadən. “Bu gün işğalçı Ermənistan ordusunun 44 günü ərzində darmadağın edib ağır məğlubiyyətə uğradı
44 günlük Vətən müharibəsində əldə edilən qələbə Azərbaycanın növbəti zəfərlərinin başlanğıcı oldu.
Şuşanın azad edilməsindən sonra Azərbaycan ordusu qarşısında tab gətirməyin qeyri-mümkünlüyünü görən Ermənistanın sülh bəyanatı imzalamaqdan başqa alternativ qalmadı.
Noyabrın 9-dan 10-na keçən gecə Ermənistan Azərbaycanla sülh bəyanatı imzalamalı oldu.
İmzalanmış sənədə uyğun olaraq, işğal altında olan Kəlbəcər, Ağdam və Laçın rayonlarının müharibəsiz işğaldan azad edildi və bununla da qısa zamanda Azərbaycan öz ərazi bütövlüyünü təmin etmiş oldu.
Azərbaycan Vətən müharibəsindən dərhal sonra bölgədə dayanıqlı sülh təşəbbüsü ilə çıxış etdi və bununla bağlı Ermənistan tərəfinə təkliflərini verdi.
Lakin Ermənistan sülh bəyanatının müddəalarını yerinə yetirmək əvəzinə, hər zaman olduğu kimi sənədin müddəalarını kobud şəkildə pozaraq ölkəmizə qarşı hərbi-siyasi təxribatlarını davam etdirdi.
Bu da nəticə etibarı ilə 2023-cü ildə Qarabağda antiterror əməliyyatlarını həyata keçirməyi labüd etdi.
Tam oxu
Xəbəri oxu